Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ağdaş və Mingəçevir şəhərlərində görüşlər

Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin eləcə də təhsilverənlərin peşə səriştəsinin artırılması məqsədilə keçirilən attestasiyaya dair Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin təhsilverənləri ilə Ağdaş və Mingəçevir şəhərlərində məlumatlandırıcı görüşlər keçirib.📑
Bu görüşlərdə peşəkar mütəxəssislərin iştirakı ilə attestasiyanın mahiyyəti və hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslara dair sahə və tematik mövzular üzrə nəzəri və praktiki məqamlar müzakirə edilib.
Uşaq musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün sistemli şəkildə təşkil olunan məlumatlandırıcı görüşlərin məqsədi müvafiq ixtisaslar üzrə müəllimlərə attestasiyanın mahiyyəti və keçirilməsi qaydaları, attestasiya proqramına daxil olan mövzuların daha ətraflı izah olunması və attestasiyaya hazırlığına kömək etməkdir.
Qeyd edək ki, digər Regional Mədəniyyət İdarələrinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də bu cür məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.
 

Oxunub: 114

Əlavə olunub: 27.11.2025 10:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz