Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Alfred Nobel anadan olub (1833-1896)

1833-cü ilin 21 oktyabr tarixində İsveçli kimyaçı, ixtiraçı, Nobel mükafatının yaradıcısı Alfred Nobel anadan olub (1833-1896).

İxtiraçı dinamiti kəşf edib, tüstüsüz barıtın tərkibini tapıb. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görülüb.

1888-ci ildə A.Nobelin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlayıb. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təəccübləndirən və məşhur Nobel mükafatlarının təsis olunması ilə bağlı vəsiyyət qoyub.

Oxunub: 813

Əlavə olunub: 21.10.2020 03:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz