Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Avey monastırı

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə olunan Alban məbədi ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qazax rayon Daş Salahlı kəndində Avey dağı silsiləsinin ən yüksək zirvəsində yerləşən abidənin V-VII əsrlərdə tikildiyi güman edilir.
Memarlıq üslubuna görə xristianlığa qədərki Albaniya dövrünün abidələrinə daha çox bənzəyir. Alban məbədi əvvəllər aya sitayiş edən bütpərəstlər tərəfindən tikilmiş Ay məbədinin özülü üzərində inşa olunmuşdur. Lakin yenidən tikiləndə tamam başqa rəngli, ölçülü süxurlardan ibarət daşlardan istifadə edilmişdir.
Məbəd kompleksi iki tikilidən-düzbucaq formalı əsas binadan və ona birləşən kiçik yardımçı tikilidən ibarətdir. Məbədin həyətində aşkarlanmış qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır.

Oxunub: 296

Əlavə olunub: 07.11.2022 20:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz