Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan milli geyimləri: Börk

Türk xalqlarının, eləcə də azərbaycanlıların milli baş geyimləri kompleksində börk geniş yayılmışdır. Bəzən papaq sözünün sinonimi kimi də işlənən börkün Azərbaycanda müxtəlif formalarına rast gəlsək də, onun ilkin forması milad təqviminin əvvəllərindən başlayaraq üçbucaq formalı göndən tikilmişdir.
 
Bu üçbucağın oturacağı paralel olaraq köbə əmələ gətirməklə üstə qatlanır, üçbucaq şəklində başa bürünərək katetləri bir-birinin üstünə tikilirdi. Üçbucağın təpəsi isə şiş uclu olurdu.
 
Varlı kişilərə məxsus olan və yerli börkçü-ustalar tərəfindən tikilən bu papaqlar öz formasına görə həm də XIX-XX əsrin əvvəllərində “şikarı papaq”, “qacarı papaq”, “qoçu papağı” və “qələmi papaq” adlanırdı. “Qələmi papaq” yastı formalı “daqqa papaq”dan fərqli olaraq bütöv dəridən hündür şiş papaq formasında tikilirdi.

Oxunub: 432

Əlavə olunub: 01.07.2022 13:34

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz