Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycanda energetiklərin peşə bayramı günüdür

1981–ci ilin 20 oktyabr tarixində Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib.

İnşası 1974-cü ildə başlanan elektrik stansiyası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ən möhtəşəm tikintisidir. “Azərbaycan” İES Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən etibarən 20 oktyabr - “Azərbaycanda energetiklərin peşə bayramı günü” kimi qeyd olunur.

Oxunub: 921

Əlavə olunub: 20.10.2020 01:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz