Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bədii təhsil şöbəsinin onlayn iclası

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş uşaq incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət Distant Respublika müsabiqəsi”, “Uşaq musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzləri şagirdlərinin I Distant Respublika müsabiqəsi” və “Mədəniyyətimizi virtual məkanda tanıdaq" adlı Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələri üzrə respublika müsabiqəsi” layihələrində iştirak etdiyini nəzərə alaraq, layihələrin təşkilati işlərinin müzakirəsi məqsədi ilə bu gün Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Bədii təhsil şöbəsi onlayn iclas keçirilmişdir.
Mərkəzin direktoru Asif Usubəliyevin, elmi katibi Cavid Əliyevin və Bədii şöbəsinin müdiri Sevil Ələkbərovanın iştirakı ilə keçirilmiş iclasda layihənin əsas istiqamətləri və iş məqamları müzakirə olunub.

Oxunub: 683

Əlavə olunub: 30.04.2020 14:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz