Bərdə hamamı adı ilə tanınan tikili XVIII əsrdə Bərdənin Şirvanlı kəndində inşa edilmişdir. Seyid Heydər adlı şəxs tərəfindən tikilən abidə XX əsrin 70-ci illərinədək hamam kimi istifadə edilmişdir.
Ön və arxa tərəfdən giriş qapısı olan hamam iki böyük zaldan və kiçik hücrədən ibarətdir. XVIII əsrdə inşa edilmiş Şirvanlı hamamı Hacıqulular nəslinə məxsusdur.
Şirvanlı kəndində yerləşən hamam həm irsimiz, həm də turizm potenisallı abidə kimi mühafizə edilir.