Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bərdədə Zəhra Quliyeva ilə ustad dərsi

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Qarabağ bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi davam edir. 


Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan layihə çərçivəsində oktyabrın 27-də Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində violin ifaçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın iştirakı ilə ustad dərsi keçirilib. Ustad dərsi dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub. 


Tədbirdə  Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi – Bərdə rayonu üzrə nümayəndə Fərid Hacıyev ustad dərsinin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi layihələrin istedadlı uşaq və gənclərin müvafiq ixtisas üzrə inkişafına töhfə verdiyini vurğulayıb. 


MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsinin məqsədi şagirdlərin musiqi zövqünün zənginləşdirilməsi, onlara peşəkar vərdişlərin aşılanmasıdır.


Sonra Bərdə rayon 1 nömrəli uşaq incəsənət və şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ifalarını təqdim ediblər. 


Xalq artisti Zəhra Quliyeva violin alətinin ifa texnikası ilə bağlı maraqlı məqamları diqqətə çatdırıb, tövsiyələrini verib. Pedaqoq tərəfindən müəllim və şagirdlərin sualları ətraflı cavablandırılıb.


Sonda Zəhra Quliyeva incəsənət məktəbinə kitablar hədiyyə edib.

Oxunub: 138

Əlavə olunub: 28.10.2025 08:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz