Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Beynəlxalq Folklor Təşkilatının Video konfransı

Cari ilin 30 aprel tarixində Beynəlxalq Folklor Təşkilatının Video konfransı keçirimişdir. Adıçəkilən konfransda Mərkzin elmi katibi Cavid Əliyev iştirak etmişdir. Video konfransın əsas müzakirə mövzusu mövcud pandemiyanın beynəlxalq folklor festivallarına təsiri, nəzərdə tutulmuş festivalların ertələnməsi və formatının müasir çağırışlara uyğunluğu müzakirə olunmuşdur.

Azərbaycan tərəfindən çıxış edən C.Əliyev qeyd olunan beynəlxalq təşkilata üzvlük məsələsini toxunmuş və iştirakçılara xatırlatmışdır ki, bu barədə ilkin razılaşma Minsk şəhərində mədəniyyət evlərin fəaliyyətinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində əldə olunmuşdur. Eyni zamanda Azərbaycan Republikası Mədəniyyət Nazirliyi tərəfindən hər iki ildən bir  milli azlıqların folklor festivalının keçirilməsi, habelə Xalq teatrlarının müsabiqəsinn təşkili və bu movzuya uyğun konfranslar barədə məlumat vermişdir.

Qeyd edirik ki, Beynəlxalq Folklor təşkilatının konfransıın modertaor şəhəri Ruminyanın paytaxtı Buxarest olmuşdur və bu tədbirdə dünyanın 20-dən çox ölkəsinin nümayəndələri iştirak etmişdir.

 

 

 

 

Oxunub: 633

Əlavə olunub: 03.05.2020 09:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz