Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
27 dekabr 2008-ci il tarixində Dənizkənarı Milli Parkda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Formasına görə qədim Azərbaycan musiqi alətlərindən birini - tarı xatırladan binada 350 tamaşaçı yeri olan zal, klub, tədris otaqları və səsyazma studiyası var.
Oxunub: 951
Əlavə olunub: 28.12.2019 01:20