Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Bir abidə-bir könüllü”- Şamaxı Kələxana türbələri

“Bir abidə-bir könüllü” layihəsinin növbəti ünvanı XVII əsrə aid Azərbaycan memarlıq abidələrindən olan, Şamaxı şəhərində yerləşən nadir kompleks tikililərdən biri Kələxana türbələridir.
 
Kompleksə daxil olmuş doqquz türbədən səkkizi dövrümüzə çatmışdır ki, onlardan da biri ciddi dağıntılara məruz qalmışdır. Türbələrdən yalnız birinin giriş qapısının yuxarı hissəsində kitabə var. Kitabədəki yazıda abidənin 1663 ildə sərkar Әbdüləzim Әmirəli oğlu (Əbdüləzim Sərkar) tərəfindən İbrahim Әmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilir.
 
Kələxana türbələri vahid kompleks olmaqla bərabər, türbələrin hər biri ayrılıqda müstəqil memarlıq əsəridir.
 

Oxunub: 529

Əlavə olunub: 15.01.2022 19:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz