Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bu gün milli mətbuatın yaranmasından 147 il ötür

Bu gün milli mətbuatın yaranmasından 147 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çap olunmuşdu. “Əkinçi” qəzeti ana dilində çap olunan ilk qəzet idi. Görkəmli şəxsiyyət, maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında müstəsna rola malik olub. Böyük çətinliklərə rəğmən ərsəyə gələn “Əkinçi” qəzeti bütün Qafqazda böyük əks-sədaya səbəb olmuşdu.
Qısa ömür sürməsinə baxmayaraq “Əkinçi” qəzeti öz məqsədinə nail olmuş, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaqla yanaşı, xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirik!

Oxunub: 330

Əlavə olunub: 22.07.2022 12:34

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz