Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Didivan qülləsi

Qazax rayonunun Xanlıqlar kəndi yaxınlığında Dədəban dağının döşündə tikilmiş VI-VII əsrə aid ölkə əhəmiyyətli abidədir.
İri qaya parçalarından tikilən qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metr, divarlarının qalınlığı yer səthinə yaxın yerdə 1 metr, hündürlüyə qalxdıqca isə yarım metrdir. Qalada müşahidə dəliklərinin olması tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu düşünməyə əsas verir.
Qalaya bəzi mənbələrdə "Dədəban" – "Dədəd evi", xalq arasında isə "Koroğlu qalası" da deyilir. Ehtimal edilir ki, Koroğlu hansısa səfərlərindən birində buradan keçib. Qala XX əsrin ortalarınadək ziyarətgah olub.

Oxunub: 311

Əlavə olunub: 05.11.2022 10:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz