Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Dünya ictimaiyyəti gənclərimizi dəstəklədi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalmaması üçün bir müddət öncə Azərbaycan gənclərinin başladığı kampaniya dünyanın müxtəlif ölkələrində dəstək qazanıb.

Məlum kampaniya zamanı, gənclər ağızlarını skotç lenti ilə bağlayaraq Ermənistanın təcavüzünə və hərbi cinayətlərinə səssiz qalan dünyaya öz etiraz ismarışlarını çatdırırdılar. 

Bu kampaniya sosial şəbəkələrdə geniş vüsət aldıqdan sonra ayrı-ayrı ölkələrdə yaşayan şəxslər Qarabağın Azərbaycan ərazisi olduğunu və dünya ictimaiyyətinin bu həqiqətə səssiz qalmamasına eyni tərzdə, ağızlarını skotç lenti ilə bağlayaraq çağırış ediblər. 

Oxunub: 802

Əlavə olunub: 19.10.2020 11:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz