Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Əliağa Şıxlinskinin doğum günü (1865-1943)

23 aprel 1865-ci il tarixində görkəmli hərbi xadim, artilleriyanın yaradıcısı hesab edilən Əliağa Şıxlinskinin doğum günüdür (1865-1943). O, Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olub. Ə.Şıxlinski Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilib. Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. O, 1942-ci ildə “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Şıxlinski bədii yaradıcılıqla da məşğul olub, hərbi-puplisistik yazılar yazıb.

Oxunub: 676

Əlavə olunub: 23.04.2020 05:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz