Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Aleksandr Nevski kilsəsi

Məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Azərbaycanın ən qədim pravoslav kilsələrdən biri hesab edilir.
Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri “Baş kilsə” stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanılmış və başqa məqsədlər üçün istifadə olunmuşdur.
1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır.
Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır. Bina hazırda da kilsə kimi istifadə olunur. 2017-ci ildə, kilsə tikilməsinin 130 illik yubileyi münasibətilə təmir edilib.

Oxunub: 471

Əlavə olunub: 02.01.2023 20:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz