Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Comərd Qəssab türbəsi

Gəncə şəhərində olan ən qədim türbələrdən biri VII-VIII əsrlərə aid edilən Comərd Qəssab türbəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur.
Yalnız Gəncə sakinlərinin yaddaşında qorunub saxlanan və günümüzə çatan rəvayətə görə, Comərd Gəncədə düzgünlüyünə görə hörmətə malik qəssab olmuş və hörmət əlaməti olaraq müsəlman əhali tərəfindən onun qəbri üstündə bu türbəni ucaltmışlar.
Digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur.
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.
Uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalan türbə 2004-cü ildə Heydər Əliyev fondunun təşəbbüsü ilə öz əvvəlki görünüşünə uyğun inşa edilmişdir. Bu gün “Comərd Qəssab” türbəsi yerli əhali tərəfindən müqəddəs məkan kimi ziyarət olunur.

Oxunub: 461

Əlavə olunub: 30.11.2022 09:11

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz