Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: İmamzadə Türbəsi

Gəncə şəhəri yaxınlığında yerləşən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan ölkə əhəmiyyətli dini memarlıq kompleksidir.
Ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri, eləcə də İslam dünyasının mühüm dini-ideoloji mərkəzlərindən hesab olun türbədə Məhəmməd peyğəmbərin nəticəsi, beşinci şiə imamı Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunmuşdur.
Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, onun ətrafına daş və kərpicdən hasar çəkilmişdir.
Türbənin günbəzinə mavi kaşıdan üzlük çəkildiyi üçün xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır.
İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmiş, memarlıq quruluşuna görə onun XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal olunur. Uzun müddət ərzində ərazidə qala divarları ilə əhatələnmiş bir sıra məscid və karvansaralar dağıntılara məruz qalmışdır.
Ölkənin dini-tarixi abidələrinin təmamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin təmiri və bərpasına xüsusi diqqət göstərmiş, 2010-2016-cı illərdə kompleks yenidən və əsaslı bərpa edilmişdir.

Oxunub: 71

Əlavə olunub: 28.11.2022 10:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz