Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Nizami Gəncəvi məqbərəsi

Bəşəriyyətin bədii söz salnaməsində özünəməxsus yeri olan, dünya ədəbiyyatının günəşi hesab edilən dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin məqbərəsi anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir.
Nizami məqbərəsi 1947-ci ildə şairin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar onun dağılmış qədim məzarı üstündə ucaldılmışdır.
Hal-hazırkı məqbərə isə 1990-1991-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir.
Məqbərə 20,9 m. hündürlüyündə, slindirik formada inşa edilmiş, ətrafında şairin “Xəmsə”sinin rəmzi kimi 5 iri fəvvarə, “Xəmsə”sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi və süni göl vardır.
“Nizami Gəncəvi məqbərəsi” kompleksi Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil edilmişdir.

Oxunub: 491

Əlavə olunub: 04.12.2022 10:22

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz