Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə və Mingəçevir yenə atəşə tutulub

Ermənistan Silahlı Qüvvələri, atəşkəsə baxmayaraq, terror və müharibə cinayətlərini törətməyə davam edir.

Day.Az-ın məlumatına görə, 16 oktyabr gecə saatlarında ermənilər Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar.

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olmuş, 52-dən çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.

Oxunub: 728

Əlavə olunub: 17.10.2020 04:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz