Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Göygöl abidələri: "Ağ körpü"

Gəncə çayı üstündə bir-birindən fərqli və müxtəlif dövrlərdə tikilən körpülər bu gün də mövcud olmaqdadır. Onlardan 4-ü Göygöl rayonunda yerləşir.
Bu körpülər içərisində ən qədim olanı XII əsrdə tikilən “Ağ körpü”dür. Abidə rayonun Topal Həsənli kəndində yerləşir. Körpü yüksək memarlıq üslubu ilə tikilib.
Çay suyunun təsirindən qorumaq üçün körpünün dayaqları nəhəng qayalıqlar üzərində qurulmuşdur. Bu onun günümüzə qədər gəlib çıxmasına səbəb olub.
"Ağ körpü" 3 tağdan ibarətdir. Adının mənşəyi və kim tərəfindən tikildiyi məlum deyildir.
Abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qorunur.

Oxunub: 518

Əlavə olunub: 31.08.2022 10:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz