Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Həyatı sev" beynəlxalq xeyriyyə layihəsi

Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının dəstəyi ilə “AFFFAİR” brendinin rəhbəri, məşhur moda dizayneri Rüfət İsmayıl ölkəmizdə koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə yeni “LoveLife” adlı aksiyaya start verib.

Aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlanacaq.

Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər. Aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb-səhifədən (https://www.lovelife.az/az/) əldə etmək olar.

Oxunub: 692

Əlavə olunub: 16.04.2020 06:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz