Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“II Milli Yaylaq Festivalı” nda ustad dərs

Cari ilin 29-31 iyul tarixlərində Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və zəngin milli mədəni irsimizin təbliğ edilməsi məqsədilə "Cavad xan" Tarix və Mədəniyyət fondu, TİKA, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və digər qurumlar tərəfindən təşkil edilən “II Milli Yaylaq Festivalı” Göygöl rayonunun əsrarəngiz Sarıyal nahiyəsində yerləşən Xan Yaylağında baş tutmuşdur.
 
Festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə uşaqlar üçün rəsm üzrə ustad dərsləri keçirilmişdir. Ustad dərslər Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müvafiq bölmə üzrə təhsil alan şagirdləri üçün professional və gənc rəssam Teyyub İskəndərzadə tərəfindən incəsənət və rəssamlıq məktəblərində təhsilin inkişaf etdirilməsi məqsədilə təşkil edilmişdir.
 
“II Milli Yaylaq Festivalı” çərçivəsində sənətkarlar üçün ayrılan məkanda təşkil edilən ustad dərslər festival ziyarətçilərinin, yerli və xarici iştirakçıların diqqətini cəlb etmişdir. Gənc rəssamlar tərəfindən Qarabağ, Xurşidbanu Natəvan, Yaylaq Festivalı və digər mövzularda çəkilmiş rəsmləri “II Milli Yaylaq Festivalı”ndakı müxtəlif müsabiqə və yarışlarda yer tutmuş iştirakçılara hədiyyə edilib.

Oxunub: 374

Əlavə olunub: 05.08.2022 11:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz