Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Lənkəranda ustad dərslər keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 25-26 aprel tarixlərində Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün ustad dərslər keçirilmişdir.
 
Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəssamlıq ixtisası üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır.
 
Fortepiano və rəssamlıq ixtisasları üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərdə şagirdlərin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır.  
 
 
 

Oxunub: 388

Əlavə olunub: 03.05.2022 17:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz