Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəni konsaltinq xidmətlərini yeni formatda

Bildiyiniz kimi, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsi də mövcud karantin şəraitində yeni formatlar axtarışındadır. Artıq xeyli müddətdir ki, Mərkəzimiz əhaliyə metodoloji dəstək çərçivəsində elektron konsalting xidmətini başlamışdır.

Mərkəz olaraq hər zaman mədəniyyət sahəsinin inkişafına, yeni xidmət və tendensiyaların axtarışı naminə və görülmüş işlərin təhlilinə xidmət edən konfrans, forum, debat, seminar, dəyirmi masa və sairlərə üstünlük vermişik.

Dünyanı cənginə almış bu virus bəlasına müqavimətin təşkili, mövcud şəraitdə fəaliyyətin yeni formalarının axtarışı və ən önəmlisi böhrandan sonra atılaacaq addımların müzakirəsi məqsədilə aprel ayının 6-da (bazar ertəsi) saat 12:00-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Mərkəzin rəsmi facebook hesabı üzərindən canlı yayımda olacaqdır!

Məlumat üçün bildirmək istərdik ki, canlı yayım zamanı mövcud şəraitdə fəaliyyət istiqamətləri, çıxış yolları, böhranlı vəziyyətdə idarəetmə prinsipləri, mədəniyyətin perspektivləri və s. bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.

Sizləri canlı yayıma qoşulmağa və müzakirədə fəal olmağa dəvət edirik. Gəlin mövcud şəraitdə çıxış yollarını birgə müzakirə edək!

Oxunub: 969

Əlavə olunub: 05.04.2020 11:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz