Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
“Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2025-ci il üçün mülki müdafiə Tədbirlər Planı”na əsasən cari ilin 22 aprel tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) əməkdaşları üçün mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Nəsimi rayon üzrə Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin baş zabiti, mayor Elgiz Paniyev, şöbənin baş məsləhətçisi Rasim Həsənzadə iştirak ediblər.
Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən MEMİM əməkdaşlarına mülki müdafiə, o cümlədən fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydaları barədə müvafiq biliklər verilib. Məşq iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqları təkmilləşdirilib.
Həmçinin təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi və kollektiv mühafizə vasitələrindən, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib.
Oxunub: 297
Əlavə olunub: 22.04.2025 11:33