Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

MEMİM-in 2025-ci ildəki fəaliyyətinə dair iclas

Yanvarın 21-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) 2025-ci ilin yekunlarına və 2026-cı il üzrə fəaliyyət planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Mərkəzin direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov ötən il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə müvafiq slayd üzərindən ətraflı məlumat verib. Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin və qurumun illik fəaliyyət planı üzrə işlərin, nəzərdə tutulan əksər layihələrin uğurla həyata keçirildiyi diqqətə çatdırılıb.

İclasda qurumun fəaliyyətində səmərəliliyin artırılması, bəzi çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.

Daha sonra iclasda MEMİM-in 2026-cı il üçün fəaliyyət planı müzakirə olunub, bir sıra layihələrin davam etdirilməsi və bir neçə yeni layihənin icrasına başlanılması məqsədəuyğun hesab edilib.

Yeni fəaliyyət planı çərçivəsində layihə və təlimlərin icrası zamanı hədəf auditoriyanın genişləndirilməsi, həmçinin təlim-tədris prosesində innovativ yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb.

Sonda direktor müavini Yaşar Zeynalov, mərkəzin əməkdaşları Cəmilə Mirzəyeva, Günay Əliyeva, Zenfira Zeynalova, Dağlar Yusif, Səadət Təhmirazqızı və başqalarının çıxışları dinlənilib, təkliflər səsləndirilib.

 

Oxunub: 236

Əlavə olunub: 23.01.2026 09:59

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz