Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

MEMİM-in kollektivi kitab sərgisini ziyarət edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilən builki  sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. 
Paytaxt sakinləri və şəhərimizin qonaqları ilin ən irimiqyaslı mədəniyyət tədbirlərindən olan sərgiyə böyük maraq göstərirlər. 
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) kollektivi oktyabrın 6-da Bakı Ekspo Mərkəzində sərgini ziyarət edib. Sərginin fəxri qonaq ölkəsi Qətərin və başqa respublikaların, bir sıra nəşriyyatların stendləri ilə tanışlıq olub. 
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qətər, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, İndoneziya, İspaniya, Çin, Küveyt, Cənubi Koreya – ümumilikdə 23 ölkədən nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə, eləcə də tanınmış yazarlar iştirak edirlər. 
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitabların tanıtımı, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında işgüzar görüşlər təşkil olunur.

Oxunub: 149

Əlavə olunub: 07.10.2025 08:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz