Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
"O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.
Day.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya T. Gözəlovanın qohumları məlumat verib. Qeyd olunub ki, 80 yaşlı aktrisa həyatını itirib.
T. Gözəlova AzTV-nin ilk diktorlarından biri olub, 1956-cı il mayın 1-də efirə çıxıb. O, 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Oxunub: 755
Əlavə olunub: 08.05.2020 17:56