Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli Azərbaycan Tarixi Muzeyi

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina vaxtilə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. 101 otaqdan ibarət bina Bakı şəhərinin baş memarı olmuş İ. V. Qoslavskinin layihəsi əsasında inşa edilib.
Tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuş, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda hazırlanmışdır.
 
Tavanın naxışlarına 40 min rubladək qızıl işlənmiş, sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yerə isə Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtaları döşənmişdi.
Hazırda binanın 8 otağı böyük xeyriyyəçiyə həs olunmuşdur.
 
Belə ki, ailə fotoalbomu əsasında otaqlar və ona məxsus əşya və mebellər bərpa edilərək yeni memorial ev-muzeyi yaradılmışdır. Burada H.Z.Tağıyevin əşya və mebellərindən - yazı stolu və kreslosu, stolüstü lampası, royal və stulu, səkkizguşəli stol, iki şkaflı divan, tablolar, heykəllər, xalçalar, güldanlar, şamdanlar, çilçıraqlar və s. nümayiş etdirilir.

Oxunub: 352

Əlavə olunub: 20.07.2022 12:31

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz