XIX əsrdə xüsusilə istifadə edilən başmaqlar qadın geyim dəstinə aid olmuşdur. Daban hissədən açıq və hündür formalı başmaqların altlığı aşılanmış göndən, pəncə üstü müxtəlif rəngli müşkü, tumacdan hazırlanırdı.
“Zənanə”, “miyanə” və “qız başmağı” kimi növlərə ayrılan başmaqlar saplarla, yaxud qızılı simlərlə bəzənir, daban oturacağına əlvan parçalardan “döşəmə” vurulurdu.
Ayaq geyiminin qalın məxmər çəkilən pəncə üstünə güləbətin tikmə işlənmişdi. Bakı, Şamaxı, Şuşa, Gəncə, Şəki, Naxçıvan kimi iri sənətkarlıq mərkəzləri başmaq hazırlanmasında məşhurlaşmışdırlar.