Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Balaban

Musiqi mədəniyyətində ansambl, orkestr və solo ifaçılıq əlamətlərini daşıyan balaban həzin səsli nəfəs alətidir. Ağacın mükəmməl qurudulması ilə hazırlanan balabanın gövdəsinin üst səthi 8, digər tərəfi 1 oyuqdan ibarətdir.
 
Folklor nümunələrində adı çəkilən balaban haqqında "Kitabi Dədə Qorqud" və klassik ədəbiyyatda məlumat verilir.
 
Rasim Ələsgərli, Əlixan Səmədov, Şirzad Fətəliyev, və s. sənətkarların ömür həsr etdiyi sənət növü aşıq yaradıcılığının ayrılmaz tərkib hissəsi olmaqla milli dəyərə çevrilib.
Balabanın avazında “İkinci fantaziya”, “Azərbaycan çöllərində”, “Simfoniyetta”, “Sənsiz”, “Sarı Gəlin”, “Payız nəğməsi", "Qubanın ağ alması" və başqa yerli, xarici musiqilər səslənir.

Oxunub: 407

Əlavə olunub: 04.06.2022 11:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz