Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Bərbət

Saray musiqi aləti sayılan bərbətin ərəb mənşəli olduğu məlumdur. Ud tipli alətlər ailəsinə mənsub olub, ərəbcə "əl-üd", farsca isə bərbət adlanır.
 
Çanaq, qol və kəllə hissələrindən ibarət olan bərbətə ipək və bağırsaqdan düzələn 6 qoşa sim bağlanılır. Onun çanağı yığma üsulu ilə qoz və ya qırmızı çinar, qol, kəllə və aşıqları qoz, üzü isə şam ağacından hazırlanır.
 
Nizami Gəncəvinin, Qətran Təbrizinin, Əfzələddin Xaqaninin, Əssar Təbrizinin, Məsihinin və b. şairlərin əsərlərində bərbətdən bəhs edilir.
 
Təbriz miniatür rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Mirzə Əli “Xosrov Barbədin musiqisini dinlərkən” adlı əsərində musiqi alətini təsvir etmişdir.

Oxunub: 588

Əlavə olunub: 26.04.2022 22:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz