Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Çəqanə

“Qədim musiqi alətləri” ansamblında ifa edilən çəqanə quruluş baxımından çanaq, qol və kəllə hissələrə ayrılır.
 
Uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağaclarından hazırlanan musiqi aləti barədə məlumata Qətran Təbrizinin, İmaməddin Nəsiminin, Seyid Əzim Şirvaninin əsərlərində və Qriqori Qaqarinin "Şamaxı rəqqasələri" tablosunda rast gəlinir.
 
Çəqanə 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.
 
Azərbaycanda çəqanə aləti kamança ustadı Munis Şərifov tərəfindən ifa edilir.

Oxunub: 505

Əlavə olunub: 28.04.2022 09:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz