Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Kamança

Qoz ağacından hazırlanan kamança kürəvari çanaq, dairəvi qol, “aşıq”lar yerləşən kəllə, “şiş” adlanan mildən ibarət olub, əvvəllər 1-3, indi isə 4 simi simlə ifa edilir.
 
Əbdülqadir Marağainin əsərlərində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında, Mir Seyid Əlinin “Musiqi məclisi” adlı rəsmində təsvir olunan kamança saray mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmuşdur.
 
Xalq və bəstəkar mahnılarının ifasında xüsusi yeri olan kamança Habil Əliyev, Şəfiqə Eyvazova, Mirnazim Əsədullayev, Elnur Əhmədov, Fəridə Məlikova və başqa ifaçıların zəhmətilə dünya şöhrəti qazanıb.
 
İnstrumental muğamların kamançada solo ifası geniş yayılmışdır.

Oxunub: 428

Əlavə olunub: 17.04.2022 21:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz