Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Ney

Çoxəsrlik tarixə malik olan ney ağacdan, qamışdan ya da bürüncdən hazırlanan qədim musiqi alətidir.
Mənbələr bir çox nəfəs alətlərinin başlanğıcını neydən götürməsi barədə məlumat verir.
 
Müxtəlif növləri olan ney Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Qətran Təbrizi, Məhəmməd Füzuli və başqa şairlərin yaradıcılığına lirik notla həzinlik gətirib.
 
Musiqi irsimizdə öz yeri olan ney xalq, bəstəkar mahnılarının və bir sıra fərqli məzmunlu musiqilərin ifasına rəng qatır. Əbdülqadir Marağainin "Məqasid əl-əlhan" və Mahmud Kaşğarinin “Divanü lüğat-it-Türk” əsərləri ney haqqında ətraflı məlumat almaq baxımından maraqlı mənbələr sırasındadır.

Oxunub: 375

Əlavə olunub: 10.06.2022 18:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz