Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Qanun

Miniatür sənət əsərlərində öz əksini tapan, tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarət olan qanunun simləri ilk zamanlar bağırsaq və ipək sapdan hazırlanırdı.
 
Fərabinin adı ilə bağlı olan qanun Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Mərağainin ixtiraçılığı nəticəsində kamil bir alətə çevrilmişdir.
 
İlk dəfə Azərbaycanın ilk qanun ifaçısı Asya Tağıyevanın ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala köçürülmüşdür.
 
Əsasən, qadınlar tərəfindən ifa edilən qanun aləti üçün Hacı Xanməmmədov “Arzu rəqsi”, “Bahar süitası”, Süleyman Ələsgərov qanun və orkestr üçün poema, “Bahar melodiyaları”, “Sözsüz mahnı”, “Qarabağ havaları”, Oqtay Zülfüqarov qanun və piano üçün konsert, "Beşik mahnısı" pyesləri yazılıb.

Oxunub: 416

Əlavə olunub: 24.04.2022 20:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz