Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Rübab

Tut, qoz, fıstıq ağaclarından düzəldilən rübab çanaq və uzun qoldan ibarətdir.
İpək və ya bağırsaqdan hazırlanan iki qoşa, bir tək sim ilə bağlanan çanağın üzərinə balıq dərisi yaxud öküz ürəyinin pərdəsi çəkilir.
 
Vətəni ərəb ölkələri hesab edilən musiqi aləti “rebab”, “rabob”, “rəbəb”, “rabab”, “rubob”, “rübab” kimi adlarla tanınmışdır.
 
Əl-Fərabi rübabın qədim mənşəli Şərq musiqi aləti olduğunu hesab edirdi. Rübab Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin yaradıcılığında təsvir edilib.
“Dügah”, “Dastan”, “İrs”, “Tello”, “Qədim musiqi alətləri” və s. folklor ansambllarında rübab alətindən geniş istifadə edilir.

Oxunub: 392

Əlavə olunub: 22.06.2022 20:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz