Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Rud

“Qədim musiqi alətləri” ansamblında ifa olunan rud ud tipli alətlər qrupuna daxildir. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanan musiqi aləti ilk zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla ifa edilib.
Orta əsr Azərbaycan klassiklərindən Qətran Təbrizi, Əfzələddin Xaqani, Həbibi və s. şairlərin əsərlərində rudun təsviri verilir.
Nizami Gəncəvinin məlumatlarından Əflatunun (Platon) ərğan alətini ruda istinadən icad etdiyini öyrənirik.
Əbdülqadir Marağayinin risalələrində quruluşu və istifadəsi haqqında məlumat verilən rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində ifa olunub.

Oxunub: 384

Əlavə olunub: 26.06.2022 22:14

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz