Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Tənbur

Xüsusi melodizmə malik olan tənbur bir sıra xalqlar tərəfindən sevilən musiqi alətidir.
 
Digər simli musiqi alətlərindən fərqli olaraq mizrabla deyil, barmaqla çalınan tənburun gövdəsi tut və ərik, üzü şam, qolu isə qoz ağaclarından hazırlanır.
 
Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərinin əsərlərində yer alan tənbur miniatür təsvirlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
 
Onun Bağdad, Şirvan, dütar, setar, çahartar, pənctar, şeştar, sənc, dambur və s. növləri var.
Ata Yetərov, Kamal Atayev, Osman Kamlayev və başqaları tənbur ifaçılığına, onun gələcək nəsillərə ötürülməsinə əmək sərf etmişlər.
 
“Ox gülüm”, “Ala gözlüm”, “Leylam”, “Ceyranım”, “Ay maral xanım” və s. mahnılar tənburla ifa edilib.

Oxunub: 453

Əlavə olunub: 30.04.2022 14:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz