Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Ud

Musiqi mədəniyyətimizdə özünəməxsus ahəngilə seçilən udun bir çox qədim musiqi risalələrində və klassik poeziyanın incilərindən olan "Yeddi cam" əsərində bədii dillə təsviri diqqəti cəlb edir.
 
Adətən sağ diz üzərində ifa olunan ud qədim miniatürlərdə maraqlı təsvirə malik olan və simləri od, su, torpaq və hava ilə müqayisə edilən musiqi alətidir.
 
Müasir dövrdə ud aləti Nəriman Əzimovun təşəbbüsü ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxil edilmiş, Əhsən Dadaşov isə ilk dəfə Azərbaycan radiosu üçün ud alətində ifa olunan melodiyaları lentə almışdır.

Oxunub: 469

Əlavə olunub: 05.05.2022 08:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz