Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Dekabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (Muzey Mərkəzi) “Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə gerçəkləşən müsabiqə Xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunub.
Oxunub: 166
Əlavə olunub: 05.12.2025 05:33