Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Musiqi alətləri üzrə proqramların müzakirəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində (MEMİM) 21-23 oktyabr 2024-cü il tarixlərində musiqi və incəsənət məktəblərinin tar, fortepiano və violin ixtisasları üzrə tərtib edilən yeni tədris proqramlarının müzakirələri təşkil olunub.

MEMİM-in rəhbərlik və əməkdaşları ilə yanaşı müzakirələrdə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəbilərinin rəhbər və pedaqoji heyətlərindən də ekspertlər iştirak edib.

Proqramların yenilənməsində əsas məqsəd Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən musiqi və incəsənət məktəblərində təhsil sisteminin müasir tələblərə cavab verməsi və tədrisin yenidən qurulması mövzusunda müvafiq göstərişlərə əsasən proqramlarda bütün qeyd olunan məsələlərin öz əksini tapmasından ibarətdir.

Yeni təhsil sisteminə uyğun tədris metodikasının tələblərini özündə ehtiva edən proqramlara, iş planın hazırlanması üçün bölgülərin aparılması, şagirdlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasına dəstək olan müasir dərs vəsaitləri və metodiki tövsiyyələr əlavə olunmuşdur.

Cari tədris ili ərzində musiqi və incəsənət məktəblərinin digər ixtisasları üzrə tədris proqramlarına da baxılması və onların yeni qaydalara əsasən hazırlanaraq müzakirə olunması nəzərdə tutulub.

Oxunub: 880

Əlavə olunub: 24.10.2024 16:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz