Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Fərhad evi mağarası

Fərhad evi Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında yerləşən arxeoloji abidədir.
Bu mağara haqqında xalq arasında müxtəlif rəvayətlər yayılmışdır.
Qiymətli memarlıq nümunəsi kimi qorunan Fərhad evinin qapısının sağındakı qayanın üzərində uzun saçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur.
Tarixi İpək yolunun üstündə qurulan Fərhad evi, rəvayətlərə görə, tacirlərin dincəlməsi və gecələməsi üçün istifadə olunurmuş.
Orta əsrlərdə Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmiş, yerli əhali həmin karvansaranı Şah Abbas karvansarası adlandırmışlar.

Oxunub: 455

Əlavə olunub: 10.07.2022 11:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz