Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Qarabağlar türbəsi

Qarabağlar türbəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində yerləşən orta əsrlərə aid tarixi-memarlıq abidəsidir.
Memarlıq kompleksinə daxil olan Qarabağlar türbəsindən savayı, burada qoşa minarə və onların arasında yerləşən bina qalıqları var. Qoşa minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir.
Baştağın üzərində Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir.

Oxunub: 431

Əlavə olunub: 21.09.2022 08:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz