Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Növbəti “Peşəkar teatr dərsləri” Qaxda

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri mayın 20-24 tarixlərində Qax Dövlət Gürcü Dram Teatrında təşkil olunacaq.

Təlimlər Əməkdar artist, aktyor, pedaqoq Qasım Nağı və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Oxunub: 339

Əlavə olunub: 16.05.2025 13:26

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz