Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri fevralın 3-10 tarixlərində Qazax Dövlət Dram Teatrında təşkil olunacaq.
Təlimlər rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək.
Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.
Oxunub: 467
Əlavə olunub: 03.02.2025 04:08