Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qarabağ abidələri: Gülüstan Qalası

Goranboy rayonu ərazisində XII əsrdə tikilmiş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qala öz formasına görə gəmini xatırladır ki, bu da ərazinin relyefi ilə bağlıdır.
Yerli daşlardan tikilən qala müdafiə xarakterli olub, 3 arakəsmədən ibarətdir. Qala divarları boyunca 4 gözətçi məntəqəsi, 12 mazqal (müşahidə gözcüyü) var. Su təminatı məqsədilə qalanın daxilində ovdanlar da düzəldilmişdir.
Qaladan İncəçaya qədər 200 metr uzunluğunda yeraltı gizli yol çəkilmişdir. Təəssüf ki, Azərbaycanı iki yerə bölən tarixi Gülüstan müqaviləsi məhz bu qalada imzalanıb.

Oxunub: 473

Əlavə olunub: 27.11.2022 13:01

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz