Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qarabağ mədəniyyətimizin incisidir!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi regionlarda maarifləndirici, intellektual və digər müxtəlif yönümlü layihələr həyata keçirməyə davam edir.
Oktyabrın 26-da isə Siyəzən şəhərində "Şuşa ili" çərçivəsində “Qarabağ mədəniyyətimizin incisidir!” adlı intellektual oyun keçirilmiş, qalib gələn "Çıraqqala" (Şabran) komandası isə Mərkəz tərəfindən sertifikat və mədəni irsimizi təbliğ edən xatirə hədiyyələri ilə təltif olunmuşdur.
İntellektual yarışlar və digər maarifləndirici tədbirlərin məqsədi mədəniyyət işçilərinin səriştələrinin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə, habelə peşə bacarıqlarının, dünyagörüşünün, yoldaşlıq münasibətlərinin və komanda ruhunun inkişaf etdirilməsidir.

Oxunub: 575

Əlavə olunub: 27.10.2022 10:42

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz