Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qazax abidələri: Rus Pravoslav kilsəsi

Qazax şəhərində yerləşən Rus Pravoslav kilsəsi 1897-1905-ci illərdə inşa edilib. Abidə qırmızı kərpicdən hörülüb və üzərində kərpicdən naxışlar var. Binanın divar sütunlarının qalınlığı təxminən 40-50 sm ölçüyə malikdir.
Sovetlər dönəmində kilsə öz fəaliyyətini dayandırmış, anbar kimi fəaliyyət göstərmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra kilsə binası təmir edilmişdir.
Hazırda Qazaxda rus pravoslav icmasının olmaması səbəbindən kilsə dini məbəd kimi fəaliyyət göstərmir.

Oxunub: 457

Əlavə olunub: 04.12.2022 11:49

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz